KepezTV Player
Azərbaycanda axtarışda olan şəxslər Ukraynada saxlanılıblar. Baş Prokurorluqdan verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cahangirov Vüsal Tahir oğlu, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Həmidov Namiq Ramiz oğlu barəsində beynəlxalq axtarış elan olunub. Həmin şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğular təmin edilib. Vüsal Cahangirov və Namiq Həmidov Azərbaycana ekstradisiya ediliblər.
- Baxış: 145