• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 12.11.2020 19:30

Şəmkirli fermerlər işğal olunan ərazilərdə yeni təsərrüfatlar yaradacaq

KepezTV Player

Şəmkir rayonunda aqrar sektorun müxtəlif sahələrində çalışan feremrlər Kənd Təsərrüfatı Nazirliyinə müraciət edəcək. Bu dəfə hər hansı problemlə bağlı yox, işğaldan azad edilən ərazilərdə yeni təsərrüfatlar yaratmaq üçün. Bununla həmin torpaqlarda əhalinin işlə təminatı xeyli yaxşılaşacaq.

Bağçılıq, kartofçuluq və taxılçılıqla məşğul olan Tahir Hüseynov işğaldan azad olunan torpaqlarda münbit şəraitin olduğunu deyir. Fermer bununla bağlı xüsusi proqram hazırlayıb və nəzərdə tutduğu işlərin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müsbət dəyərləndiriləcəyinə əmindir.

Tahir Hüseynov – fermer: Məşğul olduğumuz aqrar sahədir. Bağçılıq tərəvəzçilik sahələri üzrə öz töhfəmizi verəcəyik. Bu mütləq olacaq. Bizim nəyə imkanımız çatırsa əsirgəməyəcəyik. Təmannasız şəkildə biz orada yaratmalıyıq. O insanlar ora qayıtsın o kəndlərdə həyat bərpa olunsun.

Zəkulla Abbasov uzun illərdir Şəmkirdə istixana şəraitində tərəvəz məhsulları yetişdirir. Əldə olunan pomidor və xiyarı əsasən Rusiya bazarlarında satan fermer deyir ki, işğaldan azad olunan torpaqlarda istixana yaratmaq üçün imkanlar genişdir. Bu səbəbdən də nazirliyə müraciət ünvanlayacaq.

Zəkulla Abbasov fermer:  Kənd Təsərrüfatı Nazirliyinə müraciət edək ki, bizə orada yer ayırsın ən birinci mən ora gedim. Məni kimi bir neçə adam var getmək istəyir. Günü sabah Kənd Təsərrüfatı Nazirliyinə müraciət edəcəyik. Azərbaycanın hər bir yerində torpağı havası iqlimi kənd təsərrüfatını inkişaf etdirməyə imkan verir. Yəqin biz orada işə başlasaq dövlətdə bizə kömək edəcək ki, biz orada iş quraq. Mən həm dövlətdən həm də Kənd Təsərrüafi Nazirlyindən xahiş ediərm ən birinci məni çağırsınlar.

İstixana sahibi kimi işçilər də həmin ərazilərdə işləyib bol məhsul əldə etməyə can atırlar. Onlar da azad olunan torpaqlarda məhsul yetişdirəcəkləri günü səbirsizliklə gözləyirlər.

Vüsalə Əliyeva - istixana işçisi: Niyə işləmirik. Öz elimiz öz torpağımızdır. Xeyrimizi özümüz götürsək yaxşıdır. Hamımız ürəklə gedib çalışacağıq.

Hər halda 30 ildən sonra işğaldan azad olunan torpaqlarda aqrar sektorun inkişafı məhsul bolluğu ilə yanaşı əhalinin güzaranını da əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

 

Natiq Hüseyn