• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1974
— 12.11.2020 15:52

Şəhid ailələri və müharibə əlillərinə sosial dəstək

KepezTV Player

Şəhid ailələri və müharibə əlilləri, habelə erməni terrorundan zərər çəkən mülki şəxslərlə bağlı yeni sosial dəstək tədbirləri həyata keçiriləcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, özünüməşğulluq proqramına növbədənkənar cəlb olunmaqla, onların proqram çərçivəsində kiçik bizneslərinin qurulması işləri daha da genişləndiriləcək. Ünvanlı sosial yardım proqramının daha əlçatan olması üçün müvafiq dəstək təmin olunacaq. İşsiz və işaxtaran vətəndaşlara münasib vakansiyalar təqdim ediləcək. Müalicə kurslarından sonra müharibə əlillərinin bərpa xidmətləri ilə geniş şəkildə əhatə olunması üçün reabilitasiya müəssisələri tam gücü ilə işə salınacaq. Sosial dəstək tədbirlərinin təşkili üçün işçi qruplar yaradılacaq.