• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 12.11.2020 15:56

Türkiyə şirkətləri Qarabağda layihələr icra edəcək

KepezTV Player

İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında onlayn formatda görüş keçirilib. Azərbaycanın qardaş Tükiyə ilə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğu, Naxçıvanda Türkiyənin ticarət müşavirinin fəaliyyətə başlamasının bu sahədə əlaqələrin genişlənməsində əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Türkiyə şirkətləri Azərbaycana investisiya yatırmaqda, işğaldan azad edilmiş ərazilərində həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlıdır. Görüşdə Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin icrası, iqtisadi əlaqələrin inkişaf perspektivləri, investisiya, inşaat, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.