• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 12.11.2020 15:19

XİN-dən Birgə Mərkəzlə bağlı açıqlama

KepezTV Player

Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin yaradılması ilə bağlı Memorandumun imzalanmasını alqışlayırıq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupun fəaliyyətə başlayacaq. Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq", - deyə açıqlamada vurğulanır.

Kanada Xarici İşlər nazirinin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı verdiyi, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanat təəssüf doğurur. XİN-dən bildirilir ki, heç bir dövlət, xüsusilə də ərazidən çox uzaqda yerləşənlər, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında bölgə ölkələrindən daha çox maraqlı ola bilməz. "Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüquq prinsiplərinin və BMT TŞ qətnamələrinin tələblərinə uyğun davranmalı və bu ruhda bəyanatlarla çıxış etməlidir" - deyə açıqlamada deyilir.