• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 12.11.2020 15:25

İşğaldan azad olunan ərazilərdə DTX-nin idarə və şöbələri fəaliyyətə başlayıb

KepezTV Player

Prezident İlham Əliyevin “Azərbaycannın işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb. Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq. **İşğaldan azad olunan ərazilərə komendantlar da təyin olub. Nazir Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş şəhər və rayonların polis şöbələrinin rəisləri həmin şəhər və rayonların müvəqqəti komendantları təyin ediliblər.