• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 12.11.2020 09:20

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

KepezTV Player

12 noyabr Azərbaycanda Konstitusiya Günüdür.&nbsp;1995-ci ildə qəbul olunmuş ana qanun müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.<br>1918-20-ci illərdə 23 ay ərzində mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.<br>Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.<br>Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.<br>Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.