• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1609
— 12.11.2020 09:10

Dağlıq Qarabağda ortaq mərkəzin yaradılması barədə memorandum

KepezTV Player

Türkiyə və Rusiya arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə ortaq mərkəzin yaradılmasına dair memorandum imzalanıb. Memorandumu videokonfrans formatında Türkiyə Milli Müdafiə naziri Hulusi Akar və Rusiya Müdafiə naziri Sergey Şoyqu imzalayıblar. Memorandumda mərkəzin vəzifə və prinsipləri müəyyənləşdirilib. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılır. Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə uyğunluğuna etibarlı nəzarət etməyə imkan verəcək, həmçinin münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq. Birgə mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq.