Ermənistan təcavüzkar siyasətini davam etdirərək Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz arxeoloji qazıntı işləri həyata keçirib. Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınan Azıx mağara düşərgəsində də qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri Ermənistana daşınaraq mənimsənilib. Ermənistan dövlət olaraq vaxtilə işğal etdikləri ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır. Mədəniyyət Nazirliyi tərəfindən bu məsələnin ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır.
- Baxış: 118