KepezTV Player
Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilən müvəqqəti məhdudiyyət, işğaldan azad olunan və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr tarixində aradan götürüləcək. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür edib. Ölkə üzrə internetin verilməsində məhdudiyyətlər sentyabrın 27-dən tətbiq edilirdi.
- Baxış: 131