• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 999
— 11.11.2020 19:23

Ümid Səmədov yığmalara çağırılıb

KepezTV Player

“Kəpəz”in futbolçusu yığmaya dəvət alıb. Klubun əsas komandasının üzvü Ümid Səmədov iki yaş qrupu üzrə milliyə çağırılıb.

Gənc yarımmüdafiəçi 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmaları üçün baş məşqçilərin dəvətlilər sıyahısında yer alıb. Səmədov 21 yaşlıların heyətində komandamızın səfərdə İsveçrə yığması ilə keçirəcəyi oyun üçün məşqçilər korpusunun etimadını qazanıb. Sözügedən qarşılaşma Avropa çempionatının seçmə qrup mərhələsinin son oyunu çərçivəsində baş tutacaq. Futbolçu İsveçrə səfərindən döndükdən sonra 19 yaşlıların yığmasına qoşulacaq. Bu yaş qrupu üzrə komanda noyabrın 11-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Ümid Səmədov ölkənin ən perspektivli, ümidverici futbolçularından sayılır. Son illərdə Azərbaycan publikası onu yaxından tanımağa başlayıb. Uşaq yaşlarından fərdi keyfiyyətləri yüksək olan futbolçu kimi diqqətləri özünə cəlb edən Səmədov “Kəpəz”in tarixinə düşməsi ilə məhşurlaşıb. O, 15 yaşında əsas komandanın heyətində rəsmi oyuna çıxmaqla və qol vurmaqla buna nail olan ən gənc futbolçu olub. Ümidin bacarığı onun milli komandalara da yolunu açıb. Orta xətt oyunçusu daha əvvəllər 15 və 17 yaşlılardan ibarət yığmalara çağırılıb.