• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2234
— 11.11.2020 11:48

Pakistan Azərbaycanı təbrik edib

KepezTV Player

Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda əldə olunan atəşkəsdən məmnuniyyət duyulduğu ifadə edən açıqlama yayıb.

"Pakistan daim Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq nizamlanmasını dəstəkləyib. Azərbaycan hökumətini və qardaş xalqı ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasına yol açacağına ümid edirik”, - deyə açıqlamada qeyd olunub.