• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 11.11.2020 09:26

Azərbaycanın tarixi qələbəsi qeyd edilib

KepezTV Player

Moldova sakinləri paytaxt Kişinyov şəhərinin mərkəzi meydanında toplaşaraq, illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsini qeyd ediblər. Qarabağ qələbəsinin ölkəmizin rəhbərliyinin səriştəsi, milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğu vurğulanıb. Moldovalı deputat Sergiu Sirbu azərbaycanlıları bu əlamətdar hadisə ilə bağlı təbrik edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı əldə edilən uğurun digər oxşar münaqişələrin həlli yolunda da nümunə olacağına ümid etdiyini bildirib. Qələbə münasibətilə Azərbaycan səfirliyində bayram ziyafəti təşkil edilib. Tədbir təntənəli qələbə atəşfəşanlığı ilə yekunlaşdırılıb.

Londonda yaşayan soydaşlarımız da şanlı ordumuzun Qarabağdakı qələbəsini coşqu ilə qeyd ediblər. Azərbaycanın Britaniyadakı Səfirliyi önündə toplaşan həmvətənlərimiz qələbə münasibətilə bir-birilərini təbrik ediblər. Azərbaycan həqiqətlərinin Britaniya və dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri misilsiz xidmətə görə Britaniya azərbaycanlılarına təşəkkür bildirilib. Soydaşlarımız “London Eye” istiqamətində avtoyürüş edərək, mərkəzi küçələrdə Azərbaycan bayraqlarını nümayiş etdiriblər.