• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1365
— 10.11.2020 16:02

Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarına məktub göndərib

KepezTV Player

Baş Prokuror Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlayıb. Baş prokuror bildirib ki, Ermənistanın hərbi siyasi rəhbərliyi və diasporası tərəfindən BMT Konvensiyalarının müddəaları kobud şəkildə pozularaq xarici ölkələrin vətəndaşları olan erməni əsilli dırnaqrası “könüllülər”in Azərbaycan ərazisində döyüş əməliyyatlarında iştirak etmələri üçün dəvət edilməsi və maliyyələşdirməsi müəyyən edilib. Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki əhalimizin hədəfə alınması və qadağan edilmiş silahlardan istifadə olunması də qeyd edilib. Baş Prokuror, bu faktların gələcək bəyanat və hesabatlarda qeyd edilməsini və törədilən cinayətlərlə bağlı Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.