KepezTV Player
Bu torpaq şəhidlərin qanı ilə yoğrulub deyə bu qədər möhkəm, bu qədər güclüdür! Bu xalq öz tarixinə, öz milli-mənəvi dəyərlərinə bu qədər bağlıdır deyə, onun iradəsi sarsılmazdır. Bu gün Azərbaycanın müqəddəs torpaqları mundar tapdaqdan təmizlənib. Bu gün Azərbaycan xalqının üzü ağ, alnı açıq, başı dikdir! Və bu tarixi günə bu Vətənin hər qarışı sevinir. Bu zəfər hər obada, hər eldə ən uca gün kimi qeyd olunur. O cümlədən də Qazax elində. İllərdir yaralı olan Qazax elində. Bağrının bir parçası qopardılmış Qazax da bu qələbəyə bir başqa cür sevinir. İllər sonra balasına qovuşmuş ana kimi qeyd edir bu günü.
- Baxış: 124