Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin bir göstəricisidir. Azərbaycan bu gün işğal altındakı torpaqlarını düşməndən azad etmək üçün Vətən müharibəsi aparmasına, həmçinin pandemiyanın yayıldığı bir dövr olmasına baxmayaraq, ölkəmizdəki kilsələr, o cümlədən alban kilsəsi bərpa olunur. Azərbaycanda fərqli xalqların və mədəniyyətlərin nümayəndələri bir yerdə mehriban şəkildə yaşaması vurğulanıb. Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Bu siyasətin reallaşdırılmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir.
- Baxış: 118