• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1973
— 07.11.2020 20:09

Yarışda da, döyüşdə də Q(q)alib!

KepezTV Player

Düşmən təxribatına qarşı əks-hücum əməliyyatına başlamaqla uzun müddət işğal altında olan torpaqlarımızı azad edən silahlı qüvvələrimizin sıralarında xeyli sayda tanınmış idmançı var. Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etmiş belə oğullar vətənin dar günündə ordu üçün səfərbər olublar.

Cəbhəyə yollananlar arasında əməkdar məşqçi, Şöhrətli ordenli Elçin Zeynalovun yetirmələrini də görmək mümkündür. Azərbaycan idmanına Toğrul Əsgərov kimi olimpiya çempionu bəxş edən təcrübəli mütəxəssisin məşq zalından onlarla istedadlı güləşçi çıxıb. Onlardan bəziləri hazırda xalçanı səngərə dəyişib.

Elçin Zeynalovun sözlərinə görə müalicəsi davam edən yetirməsinin sağlıq durumu yaxşıdır. Yaralanmasına baxmayaraq döyüşkən ruhlu pəhləvan yatağa təslim olmaq fikrində deyil.

Qalib Əliyev ilə yanaşı, Gəncə güləş məktəbinin digər nümayəndələri də döyüş meydanında məharətlərini göstərirlər.

Gəncə güləşinin öndə gedən simalarından olan Qalib Əliyev Qızıl Qran Pri, Yaşar Doğu kimi beynəlxalq səviyyəli nüfuzlu turnirlərin qalibi olub. O, 2017-ci ildə Litvada keçirilən hərbçilərin dünya çempionatında qızıl medal qazanıb.