KepezTV Player
Azərbaycanın işğaldan azad olunan Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olan binaya baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib. Məlum olub ki, siyahıda adları qeyd olunan 19 ailədən ibarət 60 suriyalı erməni işğal olunan ərazilərdə Ermənistan tərəfindən aparılan qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 146