• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 04.11.2020 22:49

Qurbanov: "Hədəfimiz qələbə qazanmaqdır"

KepezTV Player

"Hər iki komandanın xalı yoxdur. Matç bizim və rəqib üçün vacibdir. Hədəfimiz qələbə qazanmaqdır". Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor"a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis bildirib ki, gözəl oyun və maksimum nəticə üçün meydana çıxacaqlar. Sitat: "Hər iki komandaya uğurlar arzulayıram. Biz hər zaman qardaşlığı hiss etmişik. Başqa ölkədə deyilik, öz vətənimizdəyik. Futbol idmandır. Biz sabah qazanmaq üçün oynayacağıq. Mübarizə yalnız meydanda olacaq. Türkiyə futbolunu çox yaxından izləyirik və azarkeşlik edirik. Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir" - sitatın sonu.Noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.