• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1973
— 04.11.2020 20:32

"Qarabağ" Sivasda rəqib yox, qardaş kimi qarşılandı

KepezTV Player

UEFA Avropa Liqasının I qrupunun III turunda Türkiyədə "Sivasspor"la üz-üzə gələcək "Qarabağ" komandası Sivas hava limanında xoş sürprizlə qarşılaşıb. Komandanın baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" hədiyə olunub. Daha sonra xüsusi ansambl Azərbaycan Respublikasının Dövlət Himnini və Türkiyənin İstiqlal Marşını səsləndirib. Yerli klub isə rəsmi tvitter hesabından "Qarabağ" klubunun postunu paylaşaraq "Sivasa xoş gəldiniz, bura sənin evindir" yazıb. Klubun arenasında Azərbaycan bayrağı asılıb. Noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.