• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2226
— 02.11.2020 21:53

Qələbə əzmli əsgərlər Naxçıvanın müdafiəsində cəsarətlə dayanıblar

KepezTV Player

Bu gün Ordumuz zəfər dolu əks-hücum əməliyyatını davam etdirərkən havadan və qurudan Naxçıvan Muxtar Respublikasının müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordunun bölmələri ayıq-sayıq döyüş növbətçiliyi aparırlar. Güclü müdafiə qüdrətinə malik olan muxtar respublikamızın hava məkanı Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan  müdafiə birləşmə, hissə və bölmələri tərəfindən etibarlı müdafiə olunur. Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə yerləşən bölmələrində xidmət edən hərbi qulluqçularında da qələbə əzmi yüksəkdir. Naxçıvanla dövlət sərhəddi istiqamətində düşmənin təxribat cəhdlərinə layiqli cavab verən Əlahiddə Ümumqoşun Ordunun bölmələri tərəfindən əməliyyat şəraitinə tam nəzarət edilir. Şəxsi heyətinin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı yüksək səviyyədə olan bölmələrimiz düşmənin istənilən təxribatının qarşısını almağa və hətta qətiyyətli adekvat tədbirlər görməyə qadirdirlər.