• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2040
— 02.11.2020 19:53

Distant fromada tədrisin ilk günü

KepezTV Player

İndi dünyanın əksər ölkələrində distant təhsil mövcuddur və onun imkanlarından geniş istifadə olunur. Düzdü, adıçəkilən sistem heç bir halda canlı tədrisi tam əvəzləmir. Amma digəl ki, pandemiyayla əlaqədar mövcud vəziyyətdən çıxmaq üçün onlayn tədrisdən istifadə mütləqdir. Elə Azərbaycanda da bu gündən bütün təhsil müəssiəsləri üzrə tədrisin distant formada təşkilinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, proses dekabrın ilk gününədək belə davam etməlidir.

Xüsusi karantin rejimi dövründə bu gündən ölkədə, o cümlədən Gəncədə bütün təhsil pillələri üzrə tədrisin distant təşkilinə start verilib. İnternetə məhdudiyyətlərin qoyulduğu bir vaxtda Təhsil Nazirliyi tərəfindən "Teams" və "Zoom" tətbiqlərindən vpn-siz istifadəyə şərait yaradılıb. Orta məktəblərdə də tətbiq edilən yeni tədris formasına şagirdlərin məsuliyyətli yanaşması üçün məktəb rəhbərliyi tərəfindən nəzarət həyata keçirilir.

Afət Cəmilova - direktor müavini: Qabaqcadan müəllimlərimizin hamısını məlumatlandırmışıq. Bütün sinifləri cəlb etmək üçün. Düzdü müəyyən qədər problemlərimiz var. Amma çalışırıq ki, bu problemləri aradan qaldıraq. Bütün şagird və müəllimləri distant təhsilə cəlb edək.

Hazırda internetlə bağlı problem yaşayan məktəblər üçün Gəncə şəhər Təhsil İdarəsi tərəfindən də lazımi şərait yaradılıb.

Söhrab Hacıyev - Metodik Mərkəzin direktoru: Ümumtəhsil məktəblərində dərslərin distant formada təşkil edilməsi üçün distant otaqları yaradılıb. Distant otaqlarında onlayn dərs cədvəlinə uyğun olaraq müəllimlər tədrisi davam etdirirlər. Və tədrisin davamiyyəti üçün şagirdlər həmin dərslərə siniflər üzrə cəlb ediliblər. Dərs saatının təşkili, tədrisin keçirilməsinə Gəncə Şəhər Təhsil İdarəsi tərəfindən də nəzarət olunur.

Gəncədə fəaliyyət göstərən orta məktəblər kimi, ali təhsil müəssislərində də tədris distant formada həyata keçirilir. Bu gündən hər şəhərdəki 3 universitetdə bütün fakültələr üzrə onlayn təhsilə başlanılıb. Digərlərindən fərqli olaraq, Azərbaycan Dövlət Aqrar Universiteti sabahdan özlərinin ADAU TV internet televiziyasının imkanlarından da istifadə edəcək.

İbrahim Cəfərov - ADAU-nun rektoru: Xeyli müddətdir ki, biz bu prosesə hazırlaşırıq. Müəllimlərə, təlimlər keçirik. Bizim akademeik məsləhətçilər, tyutorlarla təlimlər keçirik. Artıq müəyyən bir qrupumuz var ki, həm tələbələr, həm də müəllimlərlə işləyirlər. Mən hesab edirəm ki, onlayn tədris vasitəsilə də tələbələrə müəyyən biliklər vermək mümkündür. Ən azından biz bu dərslərə başladıq. Biz indi dekabr ayının 1-dək hələlik keçək. İmtahan prosesində görəcəyik bu tələbələrə necə təsir edib. Heç nə etməməkdənsə bunu etsək daha yaxşı olar.

Dekabrın 1-dək ölkədəki sanitar-epidemioloji vəziyyətdən asılı olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edilə bilər.