• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2227
— 02.11.2020 19:46

Ermənistanın yalan maşını, Azərbaycanın hərbi gücü

KepezTV Player

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər də dezinformasiyadır. Həmçinin Ermənistan mətbuatı bu gün işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən müxtəlif silahlardan atəşə tutulması ilə bağlı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatlar yayıb. Əksinə bu günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur. Hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur. Müdafiə nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı açıqlama verib.