• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2102
— 02.11.2020 14:12

Gürcüstanda seçkilərdə 3 azərbaycanlı qalib gəlib

KepezTV Player

Gürcüstanda keçirilən parlament seçkilərində 3 azərbaycanlı namizəd qalib gəlib. Onların 2-si - Zaur Darğallı və Savalan Mirzəyev hakim Gürcü Arzusu Partiyasından seçilib. Hər ikisi Marneuli-Qardabani dairəsi üzrə deputat mandatı əldə edib. Qanunverici orqana keçən üçüncü azərbaycanlı Abdulla İsmayılovdur. O, “Vahid Mili Hərəkat – Güc birlikdədir” müxalif birliyin siyahısında 17-ci yerdə olub. İsmayılovun qanunverici orqanda təmsil olunub-olunmayacağı hələ məlum deyil. Belə ki, müxalif birlik seçkilərin qeyri-legitim olduğunu iddia edərək nəticələri tanımadığını bildirib. Gürcüstanın öncəki parlamentində 4 azərbaycanlı deputat olub.