KepezTV Player
Dünən təcavüzkar Ermənistan növbəti ekoloji terror törədib. Döyüş zonasından kənarda yerləşən Tovuz rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində meşəlik ərazidə yanğın baş verib. Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Ağdam rayonunda vətəndaşa məxsus təsərrüfat obyektində də yanğın baş verib. Hər 2 halda yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
- Baxış: 517