KepezTV Player
İsveçrənin Sürix şəhərində azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terror aktlarına qarşı etiraz aksiyası keçiriblər. Aksiyada erməni vandalizmini əks etirən bir sıra plakatlar nümayiş olunub, erməni terroru qurbanlarının xatirəsi yad edilib. <br>İştirakçılar müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Biz terrora yox deyirik”, “Uşaq ölümünə son!”, “İşğalçı dövləti dəstəkləməyin!” kimi şüarlar səsləndiriblər. Soydaşlarımız Ermənistanın cəbhə bölgəsindən kənar rayon və şəhərlərimizdə yaşayan dinc əhalini atəşə tutmaqla törətdiyi insanlıq əleyhinə müharibə cinayətinə diqqət çəkiblər.
- Baxış: 116