• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 791
— 31.10.2020 14:07

"İndi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib"

KepezTV Player

"Biz həmişə sülh planına, belə adlandırılan əsas prinsiplərə sadiq idik. Bu prinsiplər Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələlərlə boşaldılmasını nəzərdə tuturdu. Birinci mərhələdə beş rayon, ikinci mərhələdə iki rayon. Lakin indi bu beş rayonun demək olar ki, hamısı işğaldan azad edilib". Bunu Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsində bildirib. "Biz heç bir muxtar rayon razılığına gəlməmişik", - deyən dövlət başçısı Azərbaycan bunu təklif edəndə ermənilərin rədd etdiklərini, indi ortalıqdakı reallıqların dəyişdiyini vurğulayıb. Qeyd edib ki, rəsmi Bakı münaqişəyə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir. "Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır". Sitatın sonu. **Prezident İlham Əliyevin ARD telekanalına müsahibəsini tam şəkildə "Kəpəz Xəbər"dən dərhal sonra izləyə bilərsiniz.