• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 31.10.2020 12:11

BQXK rəhbərliyi Ermənistan təxribatları barədə məlumatlandırılıb

KepezTV Player

Xarici İşlər naziri Ceyhun Bayramov&nbsp;Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin baş direktoru Roberto Mardini ilə görüşüb.<br>Nazir Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulduğunu, Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərinin, dinc əhalinin və mülki infrastrukturun bilərəkdən hədəfə alındığını vurğulayıb. Qadağan olunmuş silahlardan mülki şəxslərin atəşə tutulduğunu, bu günədək mülki əhali arasındakı ağır itkilərin olduğunu diqqətə çatdırıb.&nbsp;Bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının tələblərinə uyğun olaraq, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasının vacibliyi qeyd olunub.