• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 31.10.2020 10:13

ATƏT-in Minsk qrupunun həmsədrləri görüşlə bağlı bəyanat yayıblar

KepezTV Player

ATƏT-in Minsk qrupunun həmsədrləri görüşlə bağlı bəyanat yayıblar. Sənəddə bildirilir ki, əldə olunan razılığa əsasən, tərəflər BQXK və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə lazımi təhlükəsizlik zəmanətlərini verərək döyüş sahəsindəki qalıqların toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər. Bir həftə ərzində BQXK-ya və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə giriş və mümkün mübadilə üçün saxlanılan hərbi əsirlərin siyahısını təqdim edəcəklər. Atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.