• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2346
— 30.10.2020 22:30

Kredit qoyluşu artıb, inflyasiya 3% həddində olacaq

KepezTV Player

Mərkəzi Bankın pandemiya ilə əlaqədar müəyyən etdiyi prudensial yumşalma tədbirləri ilin sonuna qədər davam edəcək. COVID-19 pandemiyası şəraitində bank sektorunda, xüsusən istehlak kreditlərində pisləşmə müşahidə olunur. Bununla belə vəziyyət martda keçirilən stress-testlərin nəticələrindən daha yaxşıdır. Mərkəzi Bankın inflyasiya gözləntiləri bu il 2,8-3, 2021-ci ildə isə 3,6-4% diapazonunda gözlənilir. İqtisadiyyata kredit qoyuluşlarına gəldikdə, bu ilin yanvar-oktyabr aylarında kredit qoyluşu 1,9 faiz artıb. Real sektor üzrə bu rəqəm 2,6% olub. Manatla geniş pul kütləsi isə son bir ayda 1,8, ilin əvvəlindən 1% artıb.