• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1847
— 30.10.2020 21:44

İşğaldan azad edilmiş daha dörd sərhəd zastavasında Azərbaycanın bayrağı ucaldılıb

KepezTV Player

Ermənistanın işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının ərazisində bu gün dörd sərhəd zastavasının bərpadan sonra açılışı olub. Soltanlı, Xudafərin, Xələfli və Qumlaq zastavalarında 27 ildən sonra ilk dəfə Azərbaycanın 3 rəngli bayrağı dalğalanıb. Bununla da dörd sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb. Azadlığa qovuşan dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin şəxsi heyəti tərəfindən təşkil olunub.