• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 30.10.2020 20:41

Rəqəmlər dəhşət doğurur

KepezTV Player

Bu gün açıqlanan yoluxma sayı vəziyyətin heç də istədiyimiz ssenari üzrə getmədiyini deməyə əsas verir. Arxeyinçilik, tələblərə gözardı baxılması, bir sözlə ikinci plana keçən sosial izolyasiya qaydaları belə bir nəticənin hasil olmasına vəsilə olur. Xüsusilə fəslin indiki çağında. Bununla yanaşı risk qrupuna daxil olan, yanaşı xəstəliyi olanlar üçün də ehtiyatı əldən vermək heç də məsləhət deyil. Səbəbləri qarşıdakı sujetdə.

Vəziyyət digər infeksion xəstəliklərlə müqayisədə Covid-19-un olduqca təhlükəli xarakter daşıdığını deməyə əsas verir. Pandemiyayla bağlı statistikaya nəzərə yetirdikdə sağalma halları ilə yoluxma faktları arasındakı rəqəm fərqinin də yaxşı gedişatdan xəbər vermədiyini demək olar.

Şəhla Verdiyeva terapevt: Nəzərə alaq ki, hər zaman həndəsi silsilə ilə artım müşahidə olunur. Yəni, 1-2 həftə sonra artımların 5 min -10 minlərdə olması gözlənilə bilər. Buna görə elə indidən ciddi şəkildə qaydalara əməl etmək lazımdır. Baxmayaraq ki, əksər viroloqların dediyinə görə virus mövcud olduqca viral yükü, öldürücülük qabiliyyəti aşağı düşür. Amma biz bunu coviddə əvvəlcədən təcmin edə bilmirik. Çünki bunun üçün uzun zaman lazımdır. Üstəlik peyvənd də hazır deyil. Payız və qış aylarında həm immun sistemimiz zəiflədiyəcəyinə görə, həm də dəfələrlə viral infeksiyalara yoluxacağımıza görə daha ağır gedişata mailk olan covidlə qarşılaşa bilərik.

Son günlərdə koronavirusa yoluxma hallarında ciddi artımın müşahidə olunması risk qrupuna daxil olan, immmun sistemi zəif, artıq çəkidən əziyyət çəkənlərin də təhlükə gözlədiyini deməyə əsas verir.

Şəhla Verdiyeva terapevt:Son 1 ilin içərisində infarkt keçirən, damar dəyişimi olunan və ya stend qoyulmuş xəstələr xüsusi risk qrupuna daxildir. Bundan əlavə immun çatışmaz vəziyyətləri və AİDS infeksiyası ən önəmli risk qruplarındandır. Talasemiya və bir çox qan xəstəlikləri, diabet xüsusilə də kontrolsuz diabet, immun sistemini zəiflətdiyi üçün.  Tənəffüs xəstəlikləri, bronxial astma, xroniki ağciyər xəstəliyi olanlar yüksək riskli xəstəlik qruplaşmalarıdır.

Hazırda mövsümə uyğun yanaşı xəstəliklərin aktual olması yaşı 65-i ötmüş insanlar və hamilə qadınları da risk qrupuna daxil edir. Faktiki olaraq pandemiya mən, sən, o tanımır. Demək ki, indi ehtiyatı əldən verməmək şərti ilə biz olmağın, bir olmağın əsl vaxtıdır. Həm sağlamlığımız, həm də Vətən naminə.