• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2334
— 28.10.2020 14:28

"Kəpəz" ilk ev matçına çıxır

KepezTV Player

Bu gün I Divizionda IV tura start veriləcək. Turun ilk oyun günündə meydana çıxacaq “Kəpəz” doğma meydanda Zaqatalanın eyniadlı komandasını qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq. Bu oyun “Kəpəz”in cari mövsümdə evdə debüt matçı olacaq.“Zaqatala”ya qarşı görüşdə cəza və zədəyə görə gəncəlilərin üç futbolçusu iştirak edə bilməyəcək. İtkilərə baxmayaraq “Kəpəz”in məşqçilər korpusu qayğılı görünmür. Komandada motivasiya yerindədir.Xatırladaq ki, məlum koronavirus pandemiyasına görə stadionlara azarkeş buraxılmır. Odur ki, “Kəpəz” – “Zaqatala” görüşü də tamaşaçılarsız keçiriləcək.