• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2289
— 27.10.2020 20:19

Ermənistan vətəndaşlarına sahib çıxmır

KepezTV Player

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin humanist addımı kimi Ermənistan hərbçilərinin meyitlərinin və köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxsin qarşı tərəfə verilməsi ilə bağlı birtərəfli qaydada təklif verib. Lakin qarşı tərəfdən bu humanitar missiyaya heç bir cavab verilməyib. Bu da qarşı tərəfinin beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik etməsi ilə yanaşı, həmçinin Ermənistanın öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndirilir. Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir.