• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1009
— 27.10.2020 19:17

“Kəpəz” cari mövsümdə ilk ev oyununa çıxacaq

KepezTV Player

Sabah I Divizionda IV turun oyunlarına start veriləcək. Turun ilk oyun günündə meydana çıxacaq “Kəpəz” doğma meydanda Zaqatalanın eyniadlı komandasını qəbul edəcək.

“Sarı-göylər” bu gün görüşün keçiriləcəyi Gəncə şəhər stadionunun əsas meydançasında oyun öncəsi son məşqə çıxıblar. Hazırlıq prosesi yüngül xarakter daşıyıb və məşqdə əsasən toplu və taktiki çalışmalara yer verilib. “Zaqatala”ya qarşı görüş “Kəpəz”in cari mövsümdə evdə debüt oyunu olacaq. Bundan əvvəl gəncəlilər “Sabah”la Nizami yurdunda qarşılaşmalı olsalar da, ot örtüyünün vəziyyətinə görə meydan sahibi dəyişdirilərək  matç Bakıda oynanılıb.

“Zaqatala” ilə oyunda komandanın üç futbolçusu iştirak edə bilməyəcək. Sadiq Şəfiyev ilə Elmar Rəhimov zədəli,  İbrahim Camalov isə cəzalı olduğundan qarşıdakı matçın sifariş ərizəsinə daxil edilməyəcəklər. Əvəzində cəzaya görə ötən turu buraxan Novruz Məmmədov sıraya dönüb. İtkilərə baxmayaraq “Kəpəz”in məşqçilər korpusu qayğılı görünmür. Komandada motavasiya yerindədir.

Məlum koronavirus pandemiyasına görə, stadionlara azarkeş buraxılmır. Odur ki, “Kəpəz” – “Zaqatala” görüşü də tamaşaçılarsız keçiriləcək.

Bu arada “Kəpəz” daha bir futbolçu ilə güclənib. Son klubu “Sabah” olan gənc hücumçu Emil Qasımov Gəncə klubuna transfer olunub. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.