• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1149
— 27.10.2020 15:03

Bursada Polad Həşimovun adı verilən yeni park salınıb

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin iyul ayında Tovuz rayonu istiqamətində ölkəmizə qarşı təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun xatirəsi Türkiyədə əbədiləşdirilib.Bursa vilayətinin Osmanqazi bələdiyyəsindən verilən məlumat görə, rayonun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.General Polad Həşimov Parkının açılışı sabah geniş ictimaiyyətin iştirakı ilə həyata keçiriləcək.