• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 27.10.2020 12:53

"Bizi ittiham etmək istəyənlər əvvəl özlərinə baxsınlar"

KepezTV Player

Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, ermənilər baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik. Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində belə deyib. Dövlət başçısı guya muzdlu döyüşçülərdən istifadə edilməsi ilə bağlı Azərbaycana qarşı irəli sürülən ittihamlardan da danışıb.

"Həmsədrlər bu fəaliyyəti özlərinin inhisarına götürüblər"

Prezident İlham Əliyev münaqişənin həllində İtaliyanın iştirakının mümkünlüyü barədə də danışıb.

"Ermənistan rəhbərliyi ciddi düşünməli və düzgün addım atmalıdır"

“Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, - gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, barışıq mümkündür, sadəcə, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etməlidir.