• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1382
— 27.10.2020 11:32

Arutyunyan artıq yoxdur

KepezTV Player

Qondarma “Dağlıq Qarabağ respublikası”nın dırnaqarası “müdafiə naziri" Cəlal Arutyunyan yaralanıb. Bu barədə erməni mediası məlumat verib. Xəbərə görə, separatçını bu vəzifədə Mikael Arzumanyan əvəzləyir.Cəlal Arutyunyanın öldüyü barədə də məlumatlar var. Erməni sosial şəbəkə istifadəçiləri bildirirlər ki, dırnaqarası “müdafiə naziri” ilk öncə ağır yaralanıb. Xəstəxanaya çatdırılan Cəlal Arutyunyanın həyatını xilas etmək mümkün olmayıb. Yeni dırnaqarası “nazirin” vəzifəyə təyinatı da onu təsdiq edir ki, Arutyunyan artıq yoxdur.