• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 27.10.2020 09:49

Zərərsizləşdirilən terrorçularla bağlı təfərrüatlar

KepezTV Player

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqindəki Hatay əyalətinin İskəndərun şəhərində iki terrorçunu zərərsizləşdirib. Bu zaman partlayış olub. Məlumata görə, terrorçular Suriyadan Amanos dağlarından Türkiyəyə gəliblər. Onlar təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Terrorçular asayiş keşikçilərindən yayınmaq üçün avtomobil qaçırıblar. Lakin qəzaya düşüblər. Bununla belə, digər avtomobilə əyləşərək qaçmağa başlayıblar. Ancaq həmin nəqliyyat vasitəsi barədə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına məlumat verilib. Təhlükəsizlik qüvvələri Payas ərazisində post quraraq terrorçularla atışmağa başlayıblar. Atışma zamanı terrorçulardan biri özünü partladıb, digəri isə qaçıb.Qeyd edilir ki, terrorçular Türkiyəyə 1 həftə əvvəl gəliblər və onların qanunsuz silahlı qruplaşmaların üzvləri olmaları təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən vaxtında müəyyənləşdirilib. Terrorçular Türkiyə ərazisinə yaxşı bələd olmayıblar.Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bir qədər sonra digər terrorçunun da zərərsizləşdirildiyini bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə artıq bu cür hücumlarla layihələndirilə bilən, yönəldilən, məşğul edilən bir ölkə deyil. Rəsmi Ankara həm ölkə sərhədləri daxilində, həm də xaricdə terrora və onun tərəfdarlarına qarşı mübarizəni davam etdirəcək.