• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1311
— 26.10.2020 23:07

İslamabadda ziyarət güşəsi yaradılıb

KepezTV Player

Pakistanda xarici ölkələrin səfirliklərinin yerləşdiyi diplomatik anklavda erməni terrorunun fəsadlarını əks etdirən xüsusi güşə yaradılıb. Məqsəd Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı məqsədli şəkildə törədilən terrorizmi dünya ictimaiyyətinə çatdırmaq və bu terror nəticəsində ölkəmizin Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olan həmvətənlərimizin əziz xatirəsini yad etməkdir. Ziyarətçilər erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şuarların yer aldığı güşə ilə tanış olub, onun qarşısında şamlar yandırmaqla, eləcə də güllər və oyuncaqları qoyaraq qətlə yetirilənlərin xatirəsinə öz ehtiramlarını ifadə edirlər. Monitorda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə qarşı həyata keçirilən çoxsaylı raket hücumlarının nəticələrini və fəsadlarını əks etdirən sənədli filmlər nümayiş etdirilir və məlumatlar çatdırılır.