• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 26.10.2020 22:24

Erməni hərbçilər acından ölür

KepezTV Player

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır. Həmin videogörüntülərdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur. Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir: "Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri vilayətlərdən də. Yağışın altında, ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik. Vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə.Göründüyü kimi, Azərbaycan Ordusunun qüdrəti qarşısında pərən-pərən düşən erməni hərbçiləri bu cür acınacaqlı duruma düşüblər.

Digər bir görüntüdə isə zabit-əsgər münasibətlərindəki qarşıdurmanın ən yüksək həddə çatdığı əks olunur. - Biz 10 gündür ki, bura gəlmişik. Yiyəsiz şəraitdə qalmışıq.

Yiyəsiz olmamısınız! Mən sizin başınızın üstündə olmuşam.

- Nə edəcəyimizi bilmirik.

- Qaçanda bilməyəcəksiniz də!

- Silah atəş açmır!

 Ver bura! Baxım görüm! Silahın atəş açmır?! Silahı hər dəfə atəş açandan sonra təmizləmək lazımdır. Bəs palçığın içində dava edirsən! Niyə atəş açdı?! Al tut! Gəlin irəli! İndi mənimlə birlikdə piyada vuruşmağa gedirik!

- Mən konkret irəli getməyəcəyəm!

- Bunun üzünü çəkin! Birləşdir, bunun üzünü göstər.

- Birləşdirmə! Birləşdir! Sözümü deyim! Deyim ki, yiyəsiz camaatın çəkməsi yoxdur ki, geyinsin.

- Bəs ayağınızdakı nədir?!

- Mənim varımdı. O birinin yoxdur?!

- Kimin yoxdur?!

"Buşlat" yoxdur, yağış, palçığın içindədirlər.

- Yalan deyirsən! Mən hərbi hissə komandiriyəm. Millət, baxın! Bizim erməni xalqı neçə geri qaçır!

- Millətim, baxın! Erməni xalqı qaçmır. Erməni xalqının yiyəsi yoxdur, erməni xalqına xəyanət ediblər!

- Hərbi hissə komandiri cənab Mikayelyan, mən bunu sizə şəxsən göndərəcəm. Bu sözləri deyən, danışan razdanlıdır.

- Cənab Mikayelyan, sizin həmkəndlinizəm, Vartgezin oğluyam. Yiyəsizik! "Roqatka" ilə deyirlər ki, gedin! Silah istəyirik. Deyirlər ki, yoxumuzdur. Deyirlər, piyada tankın önünə gedin!

- Baxın, çiynində "roqatka" dır?! Mən bu videonu şəxsən sənə göndərəcəyəm. Yayloyandır. Baxın, erməni milləti sənin müdafiəçilərin neçə qaçır!