• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2219
— 26.10.2020 21:45

Azad edilmiş ərazilərdə strateji obyektlər elektriklə təchiz edilir

KepezTV Player

“Azərişıq”  işğaldan azad edilən ərazilərdə xüsusi əhəmiyyət kəsb edən strateji obyektlərin elektrik təchizatını təmin etməyə başlayıb. Qurumdan bildirilib ki, elektrik enerjisinin təminatı istiqamətində geniş miqyaslı işlər “Azərişıq Qarabağda” layihəsi  çərçivəsində həyata keçirilir. Layihəyə işğaldan azad edilən ərazilərdə yeni güc mərkəzlərinin, 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması,  elektrik  xətlərinin çəkilməsi daxildir.