• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2192
— 26.10.2020 14:22

Şəhid Dmitri Solntsev son mənzilə yola salınıb

KepezTV Player

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Solntsevlə vida mərasimi keçirilib. Mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər. O, döyüşlərə könüllü yollanıb. TƏBİB-də çalışıb və koronavirus infeksiyasının müalicəsi prosesində könüllü iştirak edib. Daha sonra könüllü şəkildə orduya yazılıb və təlimlərə qatılıb. Ermənilərin təxribatından sonra könüllü olaraq cəbhəyə gedib. Dmitri Solntsev Azərbaycanda yaşaması ilə fəxr edirdi. Azərbaycan torpaqlarının işğalı ilə barışmırdı. Şəhidin nəşi Bakıdakı Rus-Pravoslav Kilsəsinə aparılıb. Dini ayinlərin icrasından sonra İkinci Fəxri xiyabanda dəfn edilib.