• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 26.10.2020 14:29

Prezident İlham Əliyev xalqa müraciət etdi

KepezTV Player

Biz humanitar atəşkəs rejiminə ona görə razılıq vermişik ki, döyüş meydanında həlak olanların meyitləri dəyişdirilsin. Amma Ermənistan burada da öz iç üzünü ortaya qoyur. Onlar vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın kəndlərini, dinc insanları raket atəşinə tuturlar. Xalqa ünvanladığı müraciətdə,BMT təhlükəsizlik şurasından tutmuş Minsk üçlüyü, ermənilərin Qarabağa gəlişindən tutmuş bugün cəbhədə yaşananlara qədər bir çox məqamlara toxunan dövlət başçısı,rəsmi İrəvanı müqavimət göstərməyə həvəsləndirən amillərdən, Ermənistana açıq havadarlıq edən güclərdən də danışıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Əgər istəyirsinizsə sülh yolu ilə həll olunsun yaxşı biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan çıxırlar. Amma Ermənistan bu cədvəli verməyib. Onda belə olan halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyətdə qalacaqsa bu bizi qane edə bilməz.

Silahlandırılan Ermənistan

Xalqa növbəti müraciətində dövlət başçısı Ermənistana açıq havadarlıq edən ölkələrdən və onların məkrli niyyətlərindən də söz açıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Son bir ayda Ermənistana kütləvi silahlar göndərilir, bütün siyahilar var, nə vaxt, hansı təyyarə, hara gəlib, hardan nə gətirib, necə boşaldıb, hara göndərib. Yaxşı atəşkəsi istəyən niyə silah göndərir. Artıq Ermənistan diz çöküb, onun başından elə vurmuşuq ki, ayıla bilmir. Ermənistanın baş naziri cıdır düzündə özünü böyük sərkərdə kimi aparırdı, amma indi yıxılıb onun-bunun ayağının altına kömək, imdad diləyir, özünü və xalqını alçaldır. Yaxşı silah verməyin qutaraq də, verməyin. Bizə kim verir? Heç kim vermir. İstəyirsinizsə qutarsın silah verməyin, iki gündən sonra yalvara-yaıvara gələcək. Bir tərəfdən atəşkəs deyir, digər tərəfdən silah göndərir bu nə deməkdir.

Tükənən səbr kasası

Artıq Azərbaycanın maraqlarının nəzərə alındığına diqqət çəkən deyən dövlət başçısı bu gün Ermənistanın yanında olan güclərin sabahı fikirləşmədiklərini xatırladıb. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi də diqqət mərkəzində olub.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:  Əgər Minsk qurupunun daimi üzvləri bunu edə bilməyiblərsə çəkilsinlər kənara mane olmasınlar. Biz Ermənistandan fərqli olaraq kömək istəmirik heç kəsdən. Mane olmasınlar, Azərbaycan xaqlının səbri ilə oynamasınlar. Sabaha bu müharibə qurtaracaq, biz istədiyimizə nail olacağıq, bəs bizim münasibətlərimiz necə olacaq? Azərbaycan xaqlı bu haqsızlığı unutmayacaq? Bunu fikirləşsinlər. Azərbaycan elə belə dövlət deyil ki, onun maraqlarını kənara qoysunlar. Gün gələcək gələcəklər xahişlərlə, əməkdaşlıq təklifləri ilə bəs hansı üzlə bizə baxacaqlar? Bu gün bütün imkanları bizə qarşı səfərbər ediblər mən bunu demirdim amma yığılmışam boğaza

Prezident Əliyev ABŞ-da xarici işlər nazirlərinin görüşünə də münasibətini bildirib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: O, qədər mənasız görüş olub ki,bu 28 il ərzində o, qədər mənasız görüş olub ki,biri artıq biri əksik fərq eləməz.Amma mən demək istəmirəm ki, biz bu görüşə mənasız kimi baxırıq yox mən istəyirəm ki,bunun mənası olsun .Amma bunun mənası gərək münaqişənin həllini tezləşdirsin...Ermənistan havadarları sizə deyirəm bu saxta dövləti xilas etmək istəyirsinizsə deyin ki. çıxsınlar.Çünki bir sözünüzlə çıxa bilər...bir sözünüzlə...Onlara maliyə iqtisadi siyasi dəstək verilməsə ayaq üstə dura bilərlərmi yox.

Məqsədindən dönməyən Azərbaycan

Ali baş komandan bir daha "ermənistana hansı səviyyədə dəstək verilməsindən asılı olmayaraq biz məqsədimizə çatana qədər davam edəcəyik" mesajını verdi.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Biz yolumuzu davam edəcəyik, atəşkəs istəyirlərsə işğalçı ölkəyə desinlər ki rədd olub çıxsın. Axıra qədər sona qədər gedəcəyik...Düşməni bundan sonra da qovacağıq necəki qovuruq, necəki qaçır bizim qabağımızdan...və qaçacaq çünki biz haqlıyıq və biz güclüyük...

Dövlət başçısı Azərbaycana təlimlər üçün gələn Türkiyə F-16-ları ilə bağlı suallara cavab verməkdən yorulduğunu da dilə gətirib.