KepezTV Player
Ordumuzda mənəvi-psixoloji vəziyyət və əhval-ruhiyyə çox yüksək səviyyədədir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoçarxda Ordumuzun yüksək əhval-ruhiyyədə olduğu açıq-aydın görünür. Hərbi əməliyyatlarda iştirak edən artilleriya bölməsi də döyüş başlayandan düşmənin bütün texnikalarını, qüvvələrini məhv edir və etməkdə davam edir. Hərbçilərimiz Azərbaycan bayrağını Şuşada, Ağdərədə və digər işğalda olan torpaqlarda dalğalandıracaqlarını deyiblər.
- Baxış: 131