• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 970
— 24.10.2020 14:04

Düşmən təcavüzü nəticəsində həlak olan məktəblilərin sayı 8-ə çatıb

KepezTV Player

Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində həlak olan 16 yaşlı Orxan İsmayılzadə rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı. Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış və bu gün dünyasını dəyişən 13 yaşlı Mayakov Artur Vladimir oğlu Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi. Təhsil Nazirliyinin məlumatına görə, düşmən təcavüzü nəticəsində artıq 8 məktəblimiz həlak olub, 16 məktəblimiz isə yaralanıb. 40-a yaxın məktəbə ciddi ziyan dəyib.