• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 24.10.2020 12:01

Tərtərdə 16 yaşlı yeniyetmə həlak olub

KepezTV Player

Baş Prokurorluğun məlumatına görə, bu gün saat 10 radələrində Erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 16 yaşlı İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Bundan başqa, bu gün saat 9 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə top mərmilərinin düşməsi nəticəsində Yaqubov Qafqaz Bəhmən oğlu və Şirinov Bəylər Zahid oğluna məxsus fərdi yaşayış evlərinə külli miqdarda ziyan dəyib. **Həmçinin, oktyabrın 17-də Gəncəyə raket atılması nəticəsində xəsarət alan 13 yaşlı Mayakov Artur Ramiz oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.