• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 24.10.2020 12:05

"Bizə hərbi avadanlığı ən çox təchiz edən Rusiyadır"

KepezTV Player

Ermənilərin Gəncədə insanların yaşadığı ərazini raket atəşinə tutuması beynəlxalq terror əməli idi və bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar. Bunu Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib. Azərbaycan Ordusunun istifadəsində olan hərbi avadanlıqlardan bəhs edərkən dövlət başçısı vurğulayıb ki, bizə hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, biz Rusiyadan aldığımız silahlara görə pul ödəyirik. Minsk qrupunun fəaliyyətinə gəlincə, əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra biz özümüzü müdafiə etməli idik və ədaləti güc yolu ilə bərpa etməli idik. Biz bunu da uğurla edirik”, - deyə İlham Əliyev qeyd edib.<br>