• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1447
— 24.10.2020 10:19

Dezinfeksiya işləri davam etdirilir

KepezTV Player

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Gəncədə dezinfeksiya işləri davam etdirilir. Genişmiqyaslı profilaktiki tədbirlər  xüsusi avtomobillərlə və Gəncə şəhər Mənzil Komunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılıb. Dezinfeksiya işlərinə Nizami Gəncəvi prospektindən başlanlılıb. Yolda həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkət etdiyi hissələr xüsusi məhlulla dərmanlanıb. Şəhərin mərkəzində piyada keçidləri, oturacaqlar, zibil qutularının ətrafı, sakinlərin gediş-gəlişi üçün hərəkət zolağı xüsusi çiləyici aparatla dezinfeksiya edilib.