• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 22.10.2020 14:19

"Mülki insanlara hücum qəbuledilməzdir"

KepezTV Player

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə səfər edib. Səfir Ermənistan silahlı qüvvələrinin terror törətdikləri hadisə yerinə baş çəkib. Diplomat jurnalistlərə açıqlamasında vurğulayıb ki, İsrailin Azərbaycanla əlaqələri dostluq əlaqələridir və dərin tarixi köklərə malikdir. Bu dostluq heç kəsə qarşı yönəlməyib. Corc Dik raket atəşindən zərər çəkən insanlara humanitar yardım gətirdiklərini də qeyd edib. Hansı ki, həmin azuqələr evləri dağılan və müvəqqəti olaraq azərbaycan dövlət Aqrar Universitetinin yataqxanasında məskunlaşan ailələrə təqdim olunub. Onların şəraiti ilə tanışlıq olub, hərtərəfli dəstəklə əhatələndikləri, qida, geyim sarıdan çətinlik yaşanmadığı vurğulanıb. Səfir erməni terrosu zamanı zərər çəkən sakinlərlə söhbər edərək dövlər olaraq daim azərbaycanın yanın olduqlarını diqqətə çatdırıb.